Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova brifinq zamanı Dağlıq Qarabağ münaqişəsinə, əsirlər məsələsinə və Bakıda açılmış “park”-a toxunaraq, qeyd edib ki, Rusiya Yerevanla Bakı arasında vasitəçilik səyləri göstərir və hərbi əsirlər probleminin "hamını hamı ilə" prinsipi ilə həll olunmasının tərəfdarıdır. Zaxarovanın sözlərinə görə, bu addım bir sıra məsələlərin həlli üçün əlverişli şərait yaradacaqdır.
XİN sözçüsü "Park" məsələsinə gəlincə qeyd etdi ki, Bakı ilə Yerevanın yeni ayrııcı xətlər deyil, münasibətləri normallaşdırmaq üçün addımlar atacağına inanırlar.
“Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, daha vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur.
Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq.
Bu vəziyyətdə ən vacib məsələ Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə inamın gücləndirilməsi, Qafqazda davamlı inkişaf perspektivləri üçün şərait yarada biləcək müsbət iqtisadi gündəliyin formalaşdırılmasıdır. Bu, bölgədəki bütün tərəfdaşlarımızın maraqlarına cavab verir”,-- M.Zaxarova bildirib.