Kanada Yaşıllar Partiyasının deputat Elizabet Mey ölkənin Xİ Naziri Mark Garnoya məktub göndərib və AİHM-in tövsiyələrinə diqqət yetirmək və erməni əsirlərin dərhal azad edilməsinə çağırmaq üçün Kanada hökumətinə müraciət edib.
Elizabet Mey məktubunda Qarabağ müharibəsindən sonra Azərbaycanda saxlanılan erməni əsirləri məsələsindən ciddi narahatlığını dilə gətirib.
AİHM hesabatına toxunan kanadalı deputat bildirib ki, Azərbaycan erməni əsirlərinə qarşı qəbuledilməz münasibət göstərir. Mey bunu hərbi cinayət adlandırıb.
Elizabet Mey, Azərbaycan həbsxanalarında saxlanılan erməni əsirlərinin hələ də şiddətin artması riski altında qalmasından narahatdır. Məktubda bildirilir ki, Kanada AİHM-in tövsiyələrini dəstəkləməli və erməni hərbi əsirlərinə həmyərliyini bildirməlidir․