Aprelin 22-nə olan məlumatlara əsasən, Ermənistanda daha 881 nəfər COVID-19-a yoluxub,887 nəfər sağalıb.
Bu barədə məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 211399 yoluxma qeydə alınıb.
Koronavirusdan ölənlərin ümumi sayı 3969 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 991 nəfərdir.
Koronavirusdan sağalanların ümumi sayı 191158 nəfərə yüksəlib.
Hazırda 15281 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 951500 test aparılıb․