Son günlər ərzində düşmən müxtəlif odlu çaplı silahlardan istifadə edərək müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozdu.
Qeyd olunan pozuntuların xüsusiyyəti ondadır ki, daha əvvəl düşmən tərəfi əsasən havaya atəş edirdi, indi Müdafiə Ordusunun döyüş mövqelərinin və sərhəddəki dinc yaşayış məntəqələrinin atəşə tutulması daha tez-tez baş verir.
“Azərbaycan tərəfini bu cür təxribat xarakterli hərəkətlərdən çəkinməyə, əldə olunmuş razılaşmalara sadiq qalmağa çağırırıq”,- deyə bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, Azərbaycan bununla Rusiya sülhməramlı missiyasını kölgədə qoymağa çalışır.