Konqresmen Adam Şif ABŞ Prezidenti Co Baydeni Erməni Soyqırımını tanımağa çağırıb.
“Cənab prezident, bir neçə gündən sonra dünya Erməni Soyqırımının 106-cı ildöünmündən danışacaq. Osmanlı imperiyasında 1.5 milyon erməni öldürülüb və didərgin düşmüş. Bu sizin ilk prezidentliyidir və Erməni Soyqırımını tanımaq imkanınız var. İndi siz on illərin inkarını düzəldə bilərsiniz, bununla da sizin keçən ilki bəyanatına məna verə bilərsiniz. Bu bəyanatla siz erməni soyqırımını tanıdınız və "susmaq cinayətdir" dediniz.
Soyqırım barədə faktlar vaxtında, eyni zamanda amerikalı diplomatlar tərəfindən qeyd edildi. Soyqırımdan xilas olan Amerika erməniləri, onların uşaqları, nəvələri adından erməni soyqırımını tanımağa çağırıram.
Soyqırımın tanınması vacibdir, çünki bu keçmişin deyil, bu günün məsələsidir. Hazırda belə təhlükə Qarabağda da var, orada Azərbaycan Türkiyənin dəstəyi ilə ermənilər qarşı müharibə başlayaraq yeni bir soyqırım törətməyə cəhd etdi”,- deyə konqresmen Adam Şif vurğuladı.