Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində regional münaqişələrin həlli prosesinə toxunaraq qeyd edib ki, Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb.
"Suriyada, Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb", - deyə Rusiya dövlət başçısı bildirib.