Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federal Məclisə müraciətində rgional münaqişələrin nizamlanmasına toxunub.
O vurğuladı ki, Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb
“Biz Suriyada vəziyyətini sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etdik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadı”,- deyə Vladimir Putin vurğuladı.
Rusiya prezidenti Qərbin Rusiyaya olan münasibətlərinə toxundu.
Putin qeyd edti ki, Rusiya heç kimlə körpüləri yandırmaq istəmir
“Ümid edirəm ki, heç kim qırmızı xətti keçməyəcək. Bunun harada baş verəcəyini hər hadisədə biz özümüz müəyyən edəcəyik”,- deyə dövlət başçısı bildirib.