ER Xarici İşlər Nazirliyində “Fars Körfəzi ilə Qara dəniz arasında beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə” razılaşma layihəsini müzakirə etmək üçün toplanan ekspertlərin 5-ci iclası baş tutdu.
ER XİN-dən verilən məlumata görə, iclasda Ermənistan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan, Yunanistan Respublikası və İran İslam Respublikasının nümayəndə heyəti iştirak etdi.
ER Ərazi İdarəetmə və İnfrastrukturlar nazirinin müavini Armen Simonyan açılış nitqi ilə çıxış edərək, Fars Körfəzi ilə Qara dəniz arasında beynəlxalq nəqliyyat dəhlizinin işə salınması halında Cənubi Asiya və Fars körfəzi limanlarından Qara dənizə, daha sonra Avropaya və əks istiqamətə (İran, Ermənistan və Gürcüstan ərazisindən keçən) ən qısa yolla beynəlxalq tranzit yükdaşımaları həyata keçirmə perspektivləri və üstünlüklərinə toxunub.
Görüş zamanı nümayəndə heyətləri razılaşma layihəsinin bir sıra müddəaları ilə bağlı mövqelərini müzakirə etdilər.
Müzakirələrin sona çatması üçün mütəxəssislərin növbəti görüşü Bolqarıstan Respublikasında keçiriləcəkdir.