Aprelin 21-nə olan məlumatlara əsasən, daha 1033 nəfər COVID-19-a yoluxub, 583 nəfər sağalıb.
Bu barədə məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 210518 yoluxma qeydə alınıb.
Koronavirusdan ölənlərin ümumi sayı 3944 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 987 nəfərdir.
Koronavirusdan sağalanların ümumi sayı 190271 nəfərə yüksəlib.
Hazırda 15880 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 946642 test aparılıb․