Arizonanın Skotsdeyl və Kaliforniyanın Burbank şəhərləri xüsusi qətnamə qəbul ediblər və 21 apreli Erməni Soyqırımı qurbanlarını anma günü elan ediblər. Skotsdeylin Şəhər Şurası qətnamədə qeyd edib ki, şəhər Erməni Soyqırımı qurbanlarının anmasına qoşulur, ədalət bərabərliyi prinsipinə sadiqliyini yenidən təsdiq edir və ümid bildirir ki, vəhşiliklər və dəhşətlər bir daha təkrar olunmayacaq. Burbankın Şəhər Şurasının qətnaməsində deyilir ki, şəhər gələcəkdə soyqırımın təkrarlanacağını istisna etmək ümidi ilə ermənilərə qarşı törədilmiş vəhşilikəri xatırlayır.