ER XİN mətbuat katibi Anna Nağdalyan Azərbaycan prezidentinin “101 ilə sonra Zangezura qayıtması”na dair bəyanatına münasibət bildirdi.
“Azərbaycan prezidentinin Ermənistanın ərazi bütövlüyünə və güc tətbiq etmə təhdidlərinə dair iddiaları qətiyyətlə pisləyirik.
Belə bəyanatlar regional sülh və sabitliyə ciddi zərər vurur. Bunlar Azərbaycanın son zamanlarda sülh və barışığa dair bəyanatlarının boş və saxta xarakterini ortaya qoyur.
Maraqlıdır ki, bu təhdidlər Erməni Soyqırımının ildönümü ərəfəsində edilir. Strateji müttəfiqimizlə, eləcə də Cənubi Qafqazda sülhdə maraqlı olan bütün tərəfdaşlarımızla daim əlaqə saxlayırıq.
Ermənistan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək”,- deyə bəyanatda qeyd olunur.