Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda saxlanılan 200 erməni əsirin Ermənistana qaytarılması üçün konkret addımlar atmalıdır.
Ermənistanın nümayəndəsi, deputat Mikael Melkumyan bunu Avropa Şurası Parlament Assambleyasının plenar iclasında bildirdi.
“Həmkarlar, nəyi müzakirə edirik? Ermənistan bütün əsirləri Azərbaycana qaytardı, amma Bakıda hələ də erməni əsirlər var. Mən sizə dəfələrlə müraciət edərək, Yerevan və Bakıya səfərlər təşkil etmənin vacibliyini dedim. Ancaq mənə dediniz ki, bu sizin səlahiyyətinizdə deyil. Bu əsirlər fransız və ya alman olsaydı nə edərdiniz? Mən konkret addımlar görmək istəyirəm, bu əsirlərin valideynləri konkret addımlar görmək istəyirlər”,-deyərək Melkumyan, bir daha Azərbaycan və Türkiyənin təhrik etdiyi müharibənin soyqırımın davamı olduğunu vurğuladı.