Hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin sayılan hərbçilərin cəsədlərinin axtarış işləri bu gün Hadrut rayonunda davam edilir. Bu barədə Artsax Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd edək ki, 2020-ci il noyabrın 13-dən bugünədək FHDX xilaskarları Artsax nəzarətində olmayan ərazilərdə axtarış işləri aparırlar.
5 ay ərzində həyata keçirilən axtarışlar nəticəsində Artsaxın işğal olunmuş ərazilərində ümumi olaraq 1544 cəsəd tapılıb. Onlardan 27-i ilkin məlumatlarla mülki şəxsdir.