ER Baş naziri Nikol Paşinyanın imzaladığı qərarla Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası və Tacikistan Respublikasına gedəcək.
Rusiyada ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır, Tacikistanda isə nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin aprelin 28-dən 29-dək keçiriləcək iclasında iştirak edəcək.