Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Vardanyan AŞPA-nın plenar iclasında erməni əsirləri, digər əsir götürülənlər və kökünlər məsələsinin müzakirələri çərçivəsində çıxış edib.
“Təşkilatımızın önümüzdəki illərdə strateji prioritetlərini vurğulayan sənədin olması çox mühümdür. Bu məruzədə təşkilatımızın qarşıdakı problemlərini vurğulamaq çox vacibdir. İndiki böhranda əsas dəyərlərimizi, qorunması lazım olan əsas insan hüquqlarımızı unutmamalıyıq. Avropa Şurası, eləcə də Parlament Assambleyası siyasi müzakirələrin və dialoqun platformalarıdır, siyasi cəmiyyətin və demokratik təhlükəsizliyin əsasıdır. Demək istəyirəm ki, bu təşkilat İkinci Dünya müharibəsinin təkrarlanmasının qarşısını almaq, insan haqlarını qorumaq, qanunun aliliyini təmin etmək və demokratiya prinsiplərini qorumaq üçün yaradılıb. O, insanlığa qarşı cinayət olan Holokostun təkrarlanmaması üçün yaradılıb"- deyə Vladimir Vardanyan qeyd edib.
Azərbaycanda saxlanılan erməni əsirləri mövzusuna toxunan Vladimir Vardanyan xüsusilə söyləyib:
"Azərbaycanda 200-dən çox hərbi əsir var və onların həyatı üçün təhlükə olduğunu düşünmək üçün əsaslarımız var. Yenə deyirəm, bu siyasi məsələ deyildir. Bu, insan hüquqları və demokratiya ilə əlaqəli məsələdir və onların hüquqları qorunmalıdır"- deyə Vladimir Vardanyan qeyd edib.