Crakan (Cəbrayıl) rayonunda bu gün həyata keçirilmiş axtarış nəticəsində Artsax xilaskarları daha bir erməni hərbçinin cəsədini tapdılar. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Bu barədə Artsax Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd edək ki, hərbi əməliyyatlardan sonra Azərbaycanın nəzarətinə keçmiş Artsax ərazilərindən tapılmış və Azərbaycan tərəfindən təhvil verilmiş hərbçi və mülki şəxslərin cəsədlərinin sayı 1544-ə çatıb.