Daha əvvəl qeyd etdiyimiz kimi, erməni əsirlərin, digər əsir götürülən şəxslərin və köçkünlərin məsələsi sabah AŞPA-nın plenar iclasında müzakirə ediləcək.
"Mənim addımım" parlament fraksiyasının üzvü, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Tatevik Hayrapetyan bildirib ki, bundan əvvəl məsələnin müzakirəsi AŞPA sədrliyində və bürosunda təsdiq edilib.
“Bu an bütün Ermənistan nümayəndə heyəti Strasburqdadır. Siyasi baxışlardan asılı olmayaraq bu məsələni parlament diplomatiyasının bütün mümkün platformalarından qaldırmaq deputatlarımızın vəzifəsidir.
Parlament diplomatiyası Azərbaycan üzərində beynəlxalq təzyiqlərin artması baxımından mühüm vasitədir”- deyə Hayrapetyan öz “Facebook” səhifəsində yazıb.