ER Parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının sədri Edmon Marukyan AŞPA-da çıxışında Bakıda açılmış “Hərbi Qənimətlər Parkı” barədə danışıb. E. Marukyanın çıxışını təqdim edirik:
“2021-ci il aprelin 12-də Azərbaycan Dövlət Televiziyası bir saatlıq reportajla Bakıda Dağlıq Qarabağdakı 44 günlük müharibəyə həsr olunmuş muzeyin açılışını təqdim edib. Bu terror nümayişində Azərbaycan prezidənti İlham Əliyev hərbi geyim formasında qürurla gəzərək, muzeydəki erməni hərbi texnikasını, erməni hərbçilərini ələ salan mum manekenlərini göstərirdi. Qondarma “Hərbi Qənimətlər Parkı”-nın mərkəzində isə, həlak olmuş və əsir düşmüş erməni hərbçilərinin dəbilqəsi ilə hazırlanmış uzun yol var idi.
Bütün bu naməlum bir ölkədə deyil, Avropa Şurasına üzv dövlətlərdən birində olan Azərbaycanda baş verdi. Xatırladam ki, Azərbaycan qanunsuz şəkildə 200-dən çox erməni hərbi əsiri saxlayır. Zəhmət olmasa əlimdəki fotolara baxmaq üçün bir dəqiqə ayırın. Bunlar keçmişdən fotolar yox, bizim günlərimizdə çəkilmiş fotolardır. Müasir dikator insanları zəncirə salmağı, alçaldıcı rəftarı və işgəncəni hərbi əsirlərə normal münasibət kimi təqdim etməyi normal sayır. Fotolardan birində azərbaycanlı uşaq erməni hərbçinin manekeni ilə oynayır. Olabilir ki, məhz bu erməni hərbçi Azərbaycan həbsxanasında işgəncələrə məruz qalmışdır.
Bu fotolar göstərir ki, Azərbaycanda ermənilərə və Ermənistana qarşı sistemli bir irqi nifrət var. Bu parkı ziyarət etmək üçün sıralar var. Bu iyrənc və qəbuledilməzdir. Əliyev bu addımla Hitler və Səddam Hüseyn kimi diktatorların siyahısına qoşulub. Eyni zamanda Azərbaycanda hazırda baş verənlər mənə İraqı xatırlatdı. Orada 1980-lərin sonlarında digər bir diktator döyüş meydanından toplanmış 5000 öldürülmüş İran əsgərinin dəbilqəsindən istifadə edərək “Zəfər tağı” abidəsini inşa etdirdi.
O adam Səddam Hüseyn idi. Əliyev də Hüseyn kimi hesab edir ki, məhz bu, “İslam dövləti” terror təşkilatı kimi fəaliyyət göstərən ordunu tərifləməyə kömək edəcək şeydir. Bu iki diktatorun daha bir oxşarlığı var: Hüseyn kimi Əliyev də hərbi əsirləri qaytarmır. Bu park Azərbaycan hakimiyyətinin təcavüzkar mahiyyətini və onların gərçək üzünü açıq şəkildə göstərir. Onlar irqi zəmində nifrəti təşviq edirlər, hesab edirlər ki, qəddar rəftar və işgəncə gələcək nəsillərə və dünyaya xasdır.
Tarix sübut edib ki, diktatorları və onların təcavüzlərini dayandırmaq üçün lazımi addımlar vaxtında atılmasa, bu sadəcə yerli problem olmaqla yanaşı bütün dünyada yayılır. Mən sizin diqqətinizi bu hadisələrə cəlb etməyə çağırıram və ümid edirəm ki, Azərbaycanın hərəkətlərini dayandırmak üçün lazımi tədbirlər görüləcəkdir. Qondarma “Hərbi Qənimətlər Parkı bağlanmalıdır”.