44 günlük müharibə nəticəsində Azərbaycanda əsirlikdə saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb. Bu barədə 1lurer.am ilə söhbətdə Ermənistanda Beynəlxalq Qızıl Xaç Komitəsi ofisinin nümayəndəsi Zara Amatuni bildirib.
“BQXK nümayəndələrinin bu şəxslərlə müntəzəm görüşlərinin əsas məqsədi əsirlərin ailələri ilə əlaqə saxlamasına kömək etməkdir. Bildiyiniz kimi, ənənəvi ünsiyyət formatı Qırmızı Xaç məktublarıdır. Son hadisələrlə əlaqədar olaraq səlahiyyətlilərin razılığı ilə onlara telefonla əlaqə qurma imkanı da verildi”,-Zara Amatuni qeyd etdi.
O həmçinin deyib ki, regionda BQXK fəaliyyəti genişləndi. İcevan və Gorisdə də ofislər açıldı.