Strasburqda AŞPA-nın payız iclasında Naira Zohrabyan Bakıda açılmış “park”-a toxunaraq qeyd etdi ki, bu adi bir faşizm idi. “Bir neçə gün əvvəl Azərbaycanda adi faşizmin sərgisi idi. Bakıda son Artsax müharibəsində ermənilərdən götürdüyü qınimətlərin sərgisi idi.
Əliyev qürurla öldürülən erməni əsgərlərinin dəbilqələrindən keçdi, azərbaycanlı uşaqlar isə erməni hərbi qulluqçuların obrazlarına əylənərək nifrət dərsləri alırlar. Bütün bunlar AŞ üzv dövlətində mədəni dünyanın gözü qarşısında baş verir.
Dünyanın gözü qarşısında Azərbaycan Artsaxsdakı mədəniyyət abidələri təhqir edir, çoxəsrlik ziyarətgahları və xaçkarları dağıdır, Əliyev xanımı ilə şəxsən bütün erməni kilsələrinin bütün ermənilərin izlərindən təmizlənməsini əmr edir.
Artsax müharibəsindən altı ay sonra müharibənin humanitar nəticələri fəlakətlidir, yüzlərlə hərbi əsir var, ziyarətgahlar hər gün təhqir olunur, minlərlə Artsax erməniləri evlərini itiriblər.
Azərbaycanda erməni hərbi əsirləri öldürürlər.
Məclisimizdən soruşmaq istəyirəm, yadınızdadırmı ki, bizim cinayətkar hərəkətsizliyimizə görə Azərbaycan Hin Cuğanın qəbiristanlığının xaçkarları kimi bir sıra orta əsr mədəniyyət abidəsini hərbi poliqona çevirdi və yerlə-yeksan etdi?
Mən Assambleyaya müşahidə missiyası qurmağa, Azərbaycanın nəzarətində olan erməni ərazilərini ziyarət etməyə çağırıram. Oralarda hər gün erməni mədəni abidəsi yerlə yeksan edilir. İnsan Haqları Komissarını erməni əsirlərinin saxlandığı şəraitlə tanış olmaq üçün Bakıya getməyə çağırıram. Assambleyamızı bütün erməni əsirlərini azad etmək üçün Azərbaycana təsir göstərməyə çağırıram”,- deyə Zohrabyan qeyd etdi.