Artsaxda yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları, 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin Qələbə Günü münasibətilə keçiriləcək hərbi paradın ilk hazırlıq məşqlərinə başlayıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verir.
Stepanakert hava limanında keçirilən məşqlərə təxminən 400 sülhməramlı cəlb olunub. Yürüşdə Rusiya Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələri, Qarabağ üzrə humanitar reaksiya mərkəzinin bölmələri, hərbi polisin, xüsusi tibbi bölmənin və Rusiya sülhməramlı kontingentinin komanda qrupunun şəxsi heyəti iştirak edəcəkdir.
Qələbənin 76-cı ildönümündə, cari il mayın 9-da hərbi paradda hər birində 45 hərbçi olmaqla 10-a qədər bölmə iştirak edəcəkdir.