Artsax İnsan Hüquqları Müdafiəçisi Geğam Stepanyan, Kaliforniya Universitetinin hüquq məktəbinin “Promise” İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilən onlayn müzakirədə iştirak edib.
Ombudsman öz çıxışında erməni əsirlərin və girov götürülən mülki şəxslərin Azərbaycanda qanunsuz olaraq saxlanılması, onlara qarşı davamlı pis rəftar, siyasi məqsədlər üçün Azərbaycan tərəfindən əsirlərin geri qaytarılması prosesinin manipulyasiyası məsələlərinə toxunub. İHM qeyd edib ki, beynəlxalq humanitar hüquq müvafiq hüquqi mexanizmlər yaradır, lakin onların praktiki tətbiqi hələ də erməni əsirlərin hüquqlarının düzgün qorunmasını təmin etməyib.
Beynəlxalq humanitar hüquq ekspertlərinin iştirak etdiyi müzakirədə hərbi əsirlərlə əlaqəli beynəlxalq hüquqi tənzimləmələr, beynəlxalq ictimaiyyətin müdaxiləsi və Azərbaycan üzərində təzyiq göstərməsinin mümkün yollarına toxunulub.