Aprelin 18-nə olan məlumatlara əsasən, Ermənistanda son sutkada daha 298 nəfər COVID-19-a yoluxub, 1551 nəfər sağalıb
Bu barədə məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 208818 yoluxma qeydə alınıb.
Koronavirusdan ölənlərin ümumi sayı 3895 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 982 nəfərdir.
Koronavirusdan sağalanların ümumi sayı 189017 nəfərə yüksəlib.
Hazırda 14924 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 937603 test aparılıb.