Kanadanın Alberta ştatının qanunverici orqanı Erməni Soyqırımını tanıyan və aprel ayını soyqırımları anması, pisləməsi və qarşısının alması ayı olaraq qeyd etməsinə dair qətnamə qəbul etdi.
Bu barədə Ermənistanın Kanadakı səfirliyi məlumat yayıb.
Qətnamə Kanada hökumətinə soyqırımların qarşısının alınması, səbəblərinin aradan qaldırılması, qurbanların xatirəsini anma və dünyada soyqırımı ilə bağlı məlumatlılığı artırmaq üçün bir strategiya hazırlamağa çağırıb.