Aprelin 17-nə olan məlumatlara əsasən, Ermənistanda son sutkada 726 nəfər COVID-19-a yoluxub, 824 nəfər sağalıb.
Bu barədə məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 207973 yoluxma qeydə alınıb.
Koronavirusdan ölənlərin ümumi sayı 3859 nəfərə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 978 nəfərdir.
Koronavirusdan sağalanların ümumi sayı 187256 nəfərə yüksəlib.
Hazırda 15880 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 931583 test aparılıb․