ER Parlamentinin Dövlət və Hüquqi Məsələlər üzrə Daimi Komitəsinin sədri Vladimir Vardanyan, "Epidemiya şəraitində qlobal çağırışlar və təhdidlər: Terrorizm və zorakı ekstremizm” adlı beynəllxalq konfransında çıxış edib.
Vladimir Vardanyan, öz çıxışında Artsax müharibəsində Azərbaycanın mülki şəxslərə və infrastruktura hücumunu, Artsaxın ərazisindəki erməni tarixi, mədəni və dini irsi, o cümlədən məbədlərin, kilsələrin və Artsaxdakı digər dini və tarixi abidələrin təhqirini və məhvini dövlət səviyyəsində zorakı ekstremizmin və terrorun təzahürü kimi qiymətləndirib.
O, çıxış zamanı, eyni zamanda, Bakıda Artsax müharibəsinə həsr olunmuş "zəfər parkı”na toxunaraq onu Azərbaycanın irqçi siyasətinin açıq təzahürü hesab edib.