Bu gün jurnalistlər, ER Baş nazirinin müavini Mher Grigoryana AİB-in gələcək iclasında Azərbaycanın işitrakına dair müzakirələr barədə sual verib. Baş nazir müavini Mher Grigoryan bildirib ki, yaxın gələcəkdə öz mövqeyini təqim edəcəklər.
Veto qoymaq mümkün olub-olmadığı sualına Mher Grigoryan müsbət cavab verib.
“Əlbəttə mümkündür, lakin bu prosesdir və biz bunun çərçivəsində mövqeyimizi təqdim edərik”.
"Lurer" müxbirinin əsirlər, nəqliyyatın blokadadan çıxarılması məsələsinin rəsmi Yerevan tərəfindən Azərbaycanın iştirakına razılıq verilməsinin ilkin şərti kimi qaldırılıb-qaldırılmaması sualına cavab verərək Baş nazirin müavini bildirib ki, bütün komponentlər müzakirə olunur və açıqladı ki, bu veto deyil, razılaşmaq və ya etməmək məsələsidir, razılaşmaq məsələsi isə formal prosesdir və yaxın gələcəkdə başa çatacaq.
"Bu proses, iclasda başqa ölkənin iştirakı məsələsinə dair razılığa gəlməsini nəzərdə tutur, bu da heç bir maddi prosesi nəzərdə tutmur, sadəcə zaman gələcək, bəli və ya yox deyəcəyik. İlkin şərtlərin qoyulub-qoyulmamasına gəlincə, ilkin şərtlər qoymaq üçün kimin qarşısıdna şərt qoyacağını bildriməlisiz. Düşünürəm ki, əsir məsələsi Moskva ilə konstruktiv şəkildə müzakirə olunur. Ümid edirəm ki, həll yolları olacaq" – deyə Grigoryan qeyd edib.
"Lurer" müxbirinin, Hökumətin əsirlərlə bağlı məsələni gündəmə gətirmək üçün fürsət hesab edib-etmədiyi barədə sualına, Mher Grigoryan cavab veriib ki, bu "bizim ən vacib məsələmizdir, həyatımızda baş verən hər hansı hadisə bu məsələni qaldırmaq və müakirə etmək üçün fürsətdir”.