Gürcüstan və İran dost ölkələrimizdir və diplomatiyamız daha fəal olmalı, dostlarımızla əməkdaşlığı dərinləşdirməlidir. Ermənistan Prezidenti Armen Sargsyan Gürcüstana səfərinin sonunda jurnalislərə söyləyib.
Respublika Prezidenti qeyd edib ki, gürcü həmkarı ilə ikitərəfli və regional əməkdaşlıq barədə danışıblar, erməni əsirlərin qaytarılması məsələsinə toxunublar. "Əsirlərin saxlanılması yolverilməzdir, bu qeyri-insani addımdır və mən prezident olaraq bu məsələni həll olunana qədər qaldırmalıyam. Mən burada bu mövzuda danışanda yalnız Gürcüstan prezidenti, gürcü xalqı deyil, beynəlxalq ictimaiyyət də dinləyir"- deyə Armen Sargsyan qeyd edib.
Prezident qeyd edib ki, Artsax münaqişəsinin ədalətli həlli olmadan bölgədə sabitliyin təmin edilməsi mümkün olmayacaq və bu ilk dəfə deyildir ki, Gürcüstan tərəflər arasında platform olmaq təklifi təqdim edir. “Dürüst təklifdir, amma kimin və nəyin danışıqlarına getməsi mənim üçün aydın deyil. Danışıqlardən əvvəl qarşı tərəf ən azından ən təməl insani münasibət göstərməlidir"- deyə o qeyd edib.
Sargsyan vurğulayıb ki, təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
O əmindir ki, Gürcüstanla ticarət sahəsində əməkdaşlıq etmək mümkündür, çünki bu istiqamətdə böyük potensial var. Prezidentin sözlərinə görə, Gürcüstanın Aİ, Çin ilə, Ermənistanın isə AİB çərçivsində gömrük üstünlükləri var. Mədəniyyət, təhsil və nəqliyyat sahələrində də əməkdaşlıq imkanları mövcuddur.