Artsax Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verir ki, bu gün Stepanakert, Askeran, Martuni və Martakert şəhərlərinə yaxın ərazilərdə və meşə sahələrində hərbi sursatın zərərsizləşdirilməsi planlaşdırılır.
Eyni zamanda, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istehkamçıları, Rusiya FHN-dən həmkarları, “The Halo trust” təşkilatı və “Humanitar Minalardan Təmizləmə Mərkəzi” fondu bütün yaşayış məntəqələrində hərbi sursatın aşkarlanması istiqamətində mühəndislik-kəşfiyyat işləri davam etdirirlər.