Fransanın paytaxtında Parisdə erməni əsirlərin azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib. Fransada yaşayan ermənilər Azərbaycanda əsirlikdə olan bütün erməniləri azad etməyə çağırıblar.
Etiraz aksiyasının iştirakçıları qeyd etdilər ki, Azərbaycan erməni hərbi əsirləri vətənə qaytarmır, eyni zamanda Cenevrə konvensiyasını da pozur.
Onlar Fransanı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi erməni hərbi əsirləri qaytarmaq üçün bütün lazımi addımları atmağa çağırıblar.
Loris Tufanyan bildirdi ki, bir çox şəhərlərdə bu cür aksiyalar keçirilir.
“Azərbaycan öz soyqırım siyasətini davam etdirir, Azərbaycanın başlatdığı müharibə isə bunun bariz nümunəsidir”,- deyə o qeyd etdi.
Dro Momcyan da qeyd etdi, onlar Əliyevin faşizm siyasətini pisləyirlər.
“Əliyev soyqırım törətmək istəyir, xatılamaq istəyirik ki, Artsax xalqının müstəqil yaşamaq hüququ var. Onlara qarşı təcavüzü dayandırılmalıdır. Biz yaxşı onların törətdiyi hərbi cinayətləri çox yaxşı bilirik”,- deyə aksiya iştirakçısı qeyd etdi.