Ermənistanda son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb, 1075 nəfə sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 207 103-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 926 293 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 969 nəfərdir.