Aprelin 15-də Yerevanda ER Xİ nazirinin müavini Armen Ğevondyanın və RF Xİ nazirinin müavini Aleksandr Pankinin iştirakı ilə Ermənistan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı MDB çərçivəsində qarşılıqlı əməkdaşlığa və KTMT formatında əməkdaşlığa dair məsələlər müzakirə edilib, Aİİ-də inteqrasiya proseslərinin bəzi məqamlara toxunulub.
Tərəflər, çoxtərəfli birliklərin nizamnamə və müqavilə hədəflərinin səmərəli icrası kontekstində sistematik yanaşmaların inkişaf etdirilməsinin davamlıığını vacib sayıblar.
Nümayəndə heyətlərinin rəhbərləri, ER Xarici işlər naziri Ara Ayvazyan ilə görüşdə məsləhətləşmələrin nəticələrini təqdim ediblər.