Aprelin 15-də ER Müdafiə naziri Vağarşak Harutyunyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul etdi.
Görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin hərbi və hərbi-hava attaşesi, polkovnik Andrey Qrişçuk da iştirak etdi. Görüşdə ER Müdafiə naziri, Rusiya Federasiyasının bölgədəki hərbi-siyasi vəziyyəti sabitləşdirməyə yönəlmiş rolunu və səylərini vurğuladı.
Artsaxda Rusiya sülhməramlı missiyasının effektivliyini yüksək qiymətləndirən Vağarşak Harutyunyan bir daha hərbi əsirlərin, girov götürülmüş şəxslərin və digər saxlanılan şəxslərin Ermənistana qaytarılma məsələsinin zərurətini qeyd edib.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq, Rusiyada birgə hərbi təlimlərin planlaşdırılması və təşkili ilə bağlı məsələlər də müzakirə edildi.
Tərəflər, Ermənistan-Rusiya arasındakı müttəfiq əməkdaşlığı və siyasi dialoqun dinamikasını və müdafiə sahəsindəki səmərəli əməkdaşlığı yüksək qiymətləndirdilər.