MDB Parlamentlərarası Assambleyasının işləri çərçivəsində ER Parlamentinin sədri Ararat Mirzoyan, Sankt-Peterburqda RF Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşüb.
Valentina Matvienko Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın qəbulunu və münaqişə zonasında atəşkəsin ən vacib zəmanəti olan Rusiya sülhməramlılarının varlığının vacibliyini qeyd edib. O, Rusiya tərəfinin yanaşmasını bir daha təsdiq edib ki, Azərbaycan tərəfində olan bütün hərbi əsirlər və digər girovlar geri qaytarılmalıdır.
MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinə toxunan Matvienko, erməni deputatların təşkilatdakı işlərinin səmərəliliyini yüksək qiymətləndirib.
Ararat Mirzoyan həmkarına noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyət barədə məlumat verərək, Azərbaycandakı hərbi əsirlərin və digər şəxslərin dərhal vətənə qaytarılmasının vacibliyini vurğulayıb. Parlamentin sədri əlavə edib ki, Azərbaycan tərəfinin bu cür addımları regional infrastrukturların yenidən açılması istiqamətində aparılan işlər üçün mənfi atmosfer yaradır.
Görüşün sonunda Ararat Mirzoyan, iki ölkə arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində və Maral Nacaryanın Azərbaycanda əsirlikdən azad edilməsinə verdiyi töhfəyə görə Valentina Matvienkonu ER Parlamentinin qızıl medalına layiq görüb.