ER Parlamentinin “Mənim Addım” fraksiyasının deputatı Arman Yeğoyan Facebook səhifəsində yazıb ki, Kanada Parlamentinin Kanada-Ermənistan Dostluq Qrupu, Kanadanın Xarici işlər maziri Mark Garnoya aşağıdakı məsələlərin qaldırılmasında dəstək üçün məktub göndərdi.
Məktubda, ATƏT-in Minsk qrupu həmsədrliyini Artsax münaqişəsi ilə bağlı danışıqlara tam cəlb etməyə və müharibədən sonra düzgün bir balans yaratmaq üçün səy göstərməyə çağırıldı.
Qeyd olunub ki, məsələnin ədalətli və davamlı həllinə çatmağın yeganə yolu Helsinki Yekun Aktının bütün prinsiplərinin, o cümlədən millətlərin öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsidir.
Məktub Azərbaycanı bütün erməni hərbi əsirləri və digər saxlanılan şəxsləri qaytarmağa, eyni zamanda nəzarətindəki ərazilərdə erməni mədəni irsinin toxunulmazlığına zəmanət verməyə çağırdı.