ER Xİ naziri Ara Ayvazyan aprelin 15-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərinə toxunublar. Nazir Ayvazyan, beynəlxalq tərəfdaşların birbaşa iştirakını vurğulayaraq Aİ-nin xüsusi nümayəndəsi Klaara Artsaxdakı humanitar vəziyyəti həll etmək üçün atılan addımları təqdim edib.
Noyabrın 9-da imzalanmış bəyanatın müddəalarının icrası prosesi və təcili olaraq həlli tələb edən humanitar məsələlər kontekstində, Ermənistan Xİ naziri, Aİ-nin xüsusi nümayəndəsinin diqqətini Azərbaycan tərəfindən götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə və erməni əsirlərin və mülki şəxslərinin azad edilməməsinə yönəldib.
Hər iki tərəf, münaqişə zonasındakı dini və mədəni irs obyektlərinin qorunmasını vacib sayıb.
Nazir Ayvazyan vurğulayıb ki, erməni xristian irsinin hədəf alınması və Azərbaycanın müharibə cinayətlərinin təriflənməsi kontekstində təşkil edilmiş “sergilər” ilə Azərbaycanın rəhbərliyinin təşviq etdiyi anti-erməni siyasət regional sülh və sabitliyə yönəlmiş beynəlxalq səylərə birbaşa çağırışdır.
Aİ-nin xüsusi nümayəndəsi Klaar ER Xİ naziri Ayvazyana Ermənistanın sərhəd bölgələrinə səfəri və bu çərçivədə keçirdiyi görüşlərin təəssüratlarını təqdim edib. Hər iki tərəf sərhəd bölgələrindəki əhalinin hüquqlarının tam qorunmasının vacibliyini vurğulayıb.