Aprelin 15-də Beynəlxalq Mədəniyyət Günü münasibətilə Artsax Ombudsmanı Amaras Manastırından beynəlxalq birliyə xüsusi mesaj göndərib:
"Bu gün Dünya Mədəniyyət Günüdür və indi Artsaxdakı ən əhəmiyyətli erməni mədəniyyət abidələrindən biri olan IV əsrdə qurulan Amaras Manastırı yaxınlığında dayanıram. Amaras, ermənilərin Artsaxdakı əsrlər boyu mövcudluğuna dəlalət edən minlərlə abidədən biridir.
2020-ci ilin sentyabrında Azərbaycanın Artsax xalqına qarşı başlatdığı müharibə bölgədəki erməni mədəni irsinə real təhlükələr yaradıb. Amarası xilas edə bildik, lakin minlərlə abidə nəzarətimizdən kənarda qaldı. Və bu gün Azərbaycanın mədəniyyət abidələrimizə qarşı barbar münasibətinin şahidi oluruq.
Erməni kilsələrini, xaçkarlarını, abidələrini, qəbiristanlıqlarını, ziyarətgahlarını dağıdırlar, təhqir edirlər, məhv edirlər.
Münaqişələr zamanı mədəni irsin qorunması haqqında 1954-ci il Haaqa Konvensiyası vuğulayır ki, mədəni dəyərlərə vurulan zərər bütün insanlığa eyni dərəcədə aiddir. Bəli, sivil dünya erməni mədəniyyətini qorumaqdan məsuldur. Təəssüf ki, bu günə qədər Azərbaycanın yaratdığı yalançı maneələr üzündən bu istiqamətdə heç bir addım atılmayıb.
Mədəni dəyərlərin qorunmasına həsr olunmuş bu vacib gündə bu müqəddəs yerdən bir daha beynəlxalq ictimaiyyətə, bütün təşkilatlara, mədəni dəyərlərin qorunması üçün mübarizə aparan şəxslərə erməni mədəniyyətə qarşı cinayətlərə laqeyd qalmamaq üçün müraciət etmək istəyirəm.
Bu müraciət, Artsax xalqının mədəni hüquqlarını qorumaq üçün konkret addımlar atmağınıza mane olacaq hər hansı siyasi əngələ göz yummamaq üçün həyəcan siqnalı kimi qəbul edin. Yalnız ermənilərə deyil, bütün bəşəriyyətə məxsus çoxəsrlik erməni mədəniyyətini xilas etmək üçün addımınızı atın”.