Ermənistanın Xarici İşlər Nazirliyin mətbuat katibi Anna Nağdalyan “Arpenmpress”-ə müsahibəsində İlham Əliyevin son bəyanatlara toxunub. Anna Nağdalyan gələcəkdə Azərbaycan tərəfi ilə görüşlərin olub-olmadığına dair sualı cavablandıraraq qeyd etdi ki, bu cür görüşlər nəzərdə tutulmur.
“Azərbaycan rəhbərliyinin ermənilərə qarşı nifrətlə dolğun mövqeyi və davranışı, yumuşaq desək, Artsaxa qarşı başlatdığı təcavüzü nəticəsində yaranan vəziyyətdə həll yolları tapmaq üçün Azərbaycan rəhbərliyindən konstruktivlik gözləməyə əsas verir.
Bunun bariz nümunəsi isə aprelin 12-də Bakıda Artsax müharibəsinə həsr olunmuş “parkın” açılışında Azərbaycan prezidentinin bəyanatları və qənimət elementləri ilə olan sahnələrlə, həlak olan erməni hərbi qulluqçuların xatirəsinə təhqirlərlə dolğun sərginin təşkilidir.
Bütün bunlar, həmçinin Azərbaycan tərəfidən əsirlər məsələsinin manipulyasiyası Azərbaycan rəhbərliyinin müharibə sonrakı vəziyyət, sülh və barışıqla bağlı öz deklarativ bəyanatlardan nə qədər uzaq olduğunu sübut edir.
Azərbaycan prezidenti ziddiyyətli bəyanatlar verməyə davam edir. Bir tərəfdən öz auditoriyasına təqdim edir ki, münaqişə həll olunub, digər tərəfdən isə beynəlxalq auditoriya üçün təşkil olunmuş tədbirdə sülh müqaviləsinin imzalanması və Dağlıq Qarabağın münaqişəsinin həll olunmamış məsələlərindən danışır.
Bu baxımdan deyə bilərik ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə sülh prosesi lazımdır. Bu isə Azərbaycan tərəfindən gücdən istifadəsindən sonra dayandırılıb”,- deyə Anna Nağdalyan qeyd etdi.
Anna Nağdalyan İlham Əliyevin “Zangezur Azərbaycanın tarixi torpağıdır” bəyanatına da toxunub.
“Gülüncdür ki, Cənubi Qafqazda həm siyasi, həm də coğrafi baxımdan sadəcə bir əsrlik tarixə malik olan bir ölkənin lideri Ermənistanın və erməni xalqına qarşı ərazi iddiaları qaldırır. Biz başa düşürük ki, Azərbaycanda son yüz il ərzində yeni kimliyinin yardılması prosesi baş verib və hələ də davam edir, lakin qeyd etmək lazımdır ki, tarix Azərbaycanın güclü tərəfi deyildir. Bu cür təxribatçı bəyanatlar regionda sabitliyin təmin edilməsinə yönəlmiş səylərinə xələl gətirir”,- deyə XİN mətbuat katibi bildirdi.
Anna Nağdalyan hərbi əsirlər məsələsinə toxunaraq qeyd etdi ki, bu məsələ ilə bağlı XİN müxtəlif səviyyələrdə öz mövqeyini təqdim etdi.
“Əlavə etmək istəyirik ki, Azərbaycanın xarici işlər nazirinin bəyanatı 9 noyabr 2020 tarixli bəyanatı ilə götürdüyü öhdəlikləri və beynəlxalq öhdəliklərinə sayqısızlıqdan başqa bir şey deyildir. Azərbaycan hakimiyyətinin bu qeyri-konstruktiv mövqeyi və davranışı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tam yerinə yetirilməsini də təhlükə altına atır.
Biz dəfələrlə qeyd etdik ki, beynəlxalq humanitar hüquq, xüsusən Cenevrə konvensiyasının və atəşkəs haqqında üçtərəfli bəyanatında əsasən, 2020-ci ilin sentyabrın 27-də Artsax Respublikasında qarşı silahlı təcavüz nəticəsində və ondan sonra girov götürülmüş bütün hərbi qulluqçular və mülki şəxslər şərtlər olmadan, “hamı hamıya qarşı” prinsipinə əsasən Azərbaycan tərəfindən qaytarılmalıdır.
Azərbaycanda əsirlikdə olan bütün hərbi əsirlərin və mülki şəxslərin təhlükəsiz qaytarılması üçün beynəlxalq ictimaiyyətin, ilk növbədə ATƏT Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq qurumlarının fəal dəstəyini gözləyirik.
Sözügedən məsələ ATƏT Minsk qrupunun həmsədrlərinin 13 aprel 2020-ci il tarixli bəyanatda xüsusi olaraq qeyd olunur. Bildiyiniz kimi beynəlxalq tərəfdəşlərimiz qeyd etdilər ki, erməni əsirlər vətənə qaytarılmalıdır”,- deyə Anna Nağdalyan vurğuladı.