Rusiya və İran, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi və diplomatik həllinə ehtiyac olduğunu vurğulayıblar və bölgədəki ölkələrin bu prosesdə oynaya biləcəyi rolu müzakirə ediblər. TACC xəbər verir ki, bunu Rusiya Xİ naziri Sergey Lavrov iranlı həmkarı ilə görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.
“Davamlı atəşkəs təmin etmək üçün Rusiyanın vasitəçilik səylərini nəzərə alaraq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının, erməni və Azərbaycan xalqlarının mənafeyi naminə ümumiyyətlə ədalət əsasında uzunmüddətli siyasi və diplomatik tənzimləmənin əldə edilməsinin vacibliyini vurğuladıq və bölgədəki ölkələrin bu prosesdə oynaya biləcəyi rolu müzakirə etdik”- deyə Sergey Lavrov qeyd edib.