Serbiyanın paytaxtı Belqrad şəhərində 18 ölkədən 107 şahmatçının iştirakı ilə "Belgrad Bahar Şahmat Festivalı" adlı beynəlxalq turnir baş tutub. ER TEMİN-ə görə, Ermənistanın nümayəndələri Hayk Martirosyan və Şant Sargsyan müvafiq olaraq qızıl və gümüş medalçı olublar.
Martirosyan 8 xalla birinci yeri tutub, Sargsyan isə ondan yarım xal geri qalıb. İlk üçlüyü 7 xal toplayan ABŞ təmsilçisi Raven Stert tamamlayıb.