Erməni Hay Dat (Erməni hökm) komitəsindən verilən məlumata görə, Miçiqan ştatının Sautfild şəhərinin meri Kenson Silver qətnamə imzalayıb və aprelin 24-ünü Erməni Soyqırımını anma günü elan edib. O, bütün şəhər sakinlərini 1,5 milyon erməninin xatirəsini ehtiramla anmağa çağırıb.
“Aprelin 24-ü Ermənistan Respublikasında, Artsax Respublikasında, eləcə də Spyurkda (diaspora) Erməni Soyqırımını anma günüdür. Yerevanda yüz minlərlə vətəndaş əbədi atəş üzərində çiçək qoymaq üçün Tsitsernakaberd Memorialına gedir"- deyə qətnamədə qeyd edilib.