AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Pier Alan Fridez Artsax müharibəsindən sonra erməni əsirlər və itkin düşənlərin taleyindən öz narahatlığını bildirdi.
“Ermənistan və Azərbaycan arasında baş verən son müharibədə əsir və itkin düşənlərin taleyi məni çox narahat edir”,- deyə Fridez bildirdi.
O qeyd etdi ki, bütün bunlar AİHM-in 2021-ci ilin martın 16-da dərc etdiyi bəyanat kontekstində daha çox narahaedicidir.
“Bəyanata görə, Azərbaycan hökuməti bu insanlar haqqında məhkəmənin təyin etdiyi müddətdə məlumat verməyib, məhkəməyə ümumi və məhdud məlumat verib".
AİHM-in məlumatlarına əsasən, Azərbaycanda 188 erməni əsir var.
Qeyd olunub ki, Azərbaycan 9 noyabr 2020 tarixli bəyanatı yerinə yetirməli və bütün əsirləri vətənə qaytarılmalıdır.