Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar. TACC agentliyinə əsasən, bu barədə bu gün jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”- deyə Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İsgəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşidə “İsgəndər-M” raketlərinin qalıqlarının tapılması məsələsini müzakirə edib.