Kanada Türkiyəyə silah ixrac etməyəcək. Qərarı Kanadanın Xİ naziri Mark Garno elan edib. İstintaq təsdiqləyib ki, Azərbaycanın Artsaxda başlatdığı müharibədə Kanada texnologiyalarından istifadə edilib.
"Kanada XİN, Milli Müdafiə Nazirliyi ilə məsləhətləşərək, Türkiyə üçün nəzərdə tutulmuş hərbi məhsulların və texnologiyanın ixracatın bütün dayandırılmış və fəaliyyətdə olan icazələrini tamamilə nəzərdən keçirib. "Araşdırmada Türkiyəyə ixrac edilən Kanada texnologiyasının Dağlıq Qarabağda istifadə olunduğuna dair etibarlı dəlil olduğunu nəzərə alaraq, bu gün 2020-ci il üçün dayandırılmış icazələrin ləğv edildiyini elan edirəm"- deyə Mark Garno qeyd edib.
Kanada artıq oktyabr ayında müharibə zamanı Türkiyəyə hərbi tədarükü müvəqqəti dayandırmışdı. Ölkə bu məsələni Türkiyə ilə də müzakirə edib. "Kanada və Türkiyə rəsmiləri arasında etimad mühiti yaratmaq üçün dialoq başlayacaq. Kanada texnologiyasının bu cür istifadəsi Kanada xarici siyasətinə ziddir və Türkiyənin təminatlarına cavab vermir"- deyə Kanada Xİ naziri qeyd edib.
Lakin, Kanadanın Baş naziri vurğulayıb ki, Türkiyə NATO-nun vacib müttəfiqidir. Kanadanın bu qərarının səbəbi həm də Suriyanın şimal-şərqində Ankaranın hərəkətləridir. Kanada, Türkiyənin bölgədəki vəziyyəti gərginləşdirəcəyindən qorxur. Xarici işlər naziri, Türkiyə istehsalı olan "Bayraktarlar”ın istifadəsinə də toxunub.
Mütəxəssislər Azərbaycan Hərbi hava qüvvələrinin yayımladığı videoları araşdırıblar və qənaətə gəliblər ki, istifadə edilən pilotsuz uçuş aparatları L3Harris Technologies-in Kanada filialı tərəfindən istehsal olunan hədəf atəş sistemləri ilə təchiz olunub.