Ermənistan Respublikasının Xarici İşlər Naziriliyi İlham Əliyevin ritorikasına dair bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, aprelin 12-də Azərbaycan prezidentinin iştirakı ilə Bakıda Artsax müharibəsinə həsr olunmuş “parkı” açılıb. Bu parkda erməni hərbi texnika ilə birlikdə erməni silahlı qüvvələrinin manekenləri,Ermənistan və Artsax hərbi qulluqçularının şəxsi əşyaları və həlak olan erməni hərbçilərinin dəbilqələri nümayiş olunur.
“Parkın” açılış mərasimi və Azərbaycan prezidentinin çıxışı göstərir ki, bu tədbir müharibə həlak olanların xatirələrini açıq şəkildə alçaltmaq, itkin düşənlərin və əsirlərin, onların ailələrinin hüquqlarını və ləyaqətlərini pozmaq məqsədi daşıyır.
“Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə nəticələrinin tam həll olunmadığı bir halda, bir çox erməni əsirinin Azərbaycanda əsirlikdə saxlanıldığı bir vaxtda qənimətlə dolğun belə "nümayiş" təşkil etməklə Azərbaycan dözümsüzlük və ksenofobiyanın dünya mərkəzi kimi mövqeyini qəti olaraq möhkəmləndirir. Azərbaycanın ali rəhbərliyinin insanlığa qarşı nifrətlə dolğun bu davranışı sülh, tolerantlıq, multikulturalizmlə bağlı hər hansı bəyanat və ya PR aksiyadan daha ifadəlidir.
Bu cür addımlar Azərbaycan rəhbərliyinin münaqişədən sonrakı vəziyyət, regional sülh və barışıq barədə öz deklarativ bəyanatlarından nə qədər uzaq olduğunu çox yaxşı göstərirlər”,- deyə bəyanatda qeyd olunur.