Artsax Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata əsasən, bu gün nazirliyin istehkamçıları, Rusiya FHN-dən həmkarları və “The Halo trust” təşkilatı hərbi sursatın aşkarlanması üçün Martakert, Askeran və Stepanakert şəhərlərinə yaxın ərazilərdə mühəndislik-kəşfiyyat işləri həyata keçirirlər.
Aşkar olunan sursat yerdə zərərsizləşdiriləcəkdir.
Askeran rayonu Xnatsax və Aygestan kəndlərində də sursatın zərərsizləşdirilmə işləri aparılacaqdır.