Erməni əsirlərin qaytarılması məsələsi Rusiya Federasiyasının rəhbərliyi və sülhməramlı missiyası üçün prioritetdir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistlərlə söhbətində bildirib.
“Bu istiqamətdə çox əzmkar şəkildə işlər görülür. Müəyyən irəliləyiş var. Əsir qrupları bir neçə dəfə geri qayıdıb. İşlər davam edir.
Rusiyanın Ermənistandakı səfiri Azərbaycan rəhbərliyinin əsirlər məsələsinin artıq həll olunduğuna dair açıqlamalarına toxunaraq, söyləyib ki, Rusiya tərəfinin əsirlərin geri qaytarılması üzərində işlərini davam edir: “Azərbaycan tərəfinin açıqlamalarını şərh etməkdə çətinlik çəkirəm. Bildiyim qədər işlər davam edir".