Bir çox Azərbaycan həbsxanaları həddindən artıq doludur, əksəriyyəti müasir standartlara uyğun deyil, yeməyi pis verirlər, qanunla müəyyən edilmiş hər şey üçün isə pul ödəmək lazımdır. Məhbuslara qarşı ingəncələr aktual problem olaraq qalır. Bu barədə Siyasi Məhbuslar Monitorinq Mərkəzi hüquq müdafiə təşkilatının Azərbaycanda saxlanma yerlərində məhbusların hüquqları haqqında hesabatında deyilir. Məlumatı "Turan" agentliyi yayıb.
Hesabatda bildirilir ki, demək olar ki, bütün cəzaçəkmə müəssisələri 20-ci əsrin ortalarında, bəziləri isə hətta Stalinin dövründə tikilib. Bu müəssisələr Avropa penitensiar standartlarına uyğun deyil.
Cəzaçəkmə müəssisələri məhbuslarla həddindən artıq doludur.
Çox vaxt infeksion və virus xəstəlikləri olan xəstələri digər məhbuslardan təcrid etmirlər.
Tibbi xidmətin keyfiyyəti aşağı olduğuna görə məhbuslar arasında ölüm halları çoxdur, intihar və intihara cəhd halları var.
Hesabatda məhbuslara qarşı işgəncələrin tətbiqi təcrübəsinə toxunulur, bunun da cəzasız qaldığı qeyd edilir. Siyasi məhbuslara qarşı xüsusilə qərəzli münasibət var.
Həsənov hesab edir ki, beynəlxalq ictimaiyyət həbsxanalardakı vəziyyətə diqqəti artırmalıdır və vəziyyətin yaxşılaşdırılması üçün hökumətə təsir göstərməlidir: “Avropa Şurasının son hesabatı bir sıra problemləri əks etdirir. Amma o, yumşaq, diplomatik şəkildə yazılıb, əslində isə vəziyyət daha acınacaqlıdır”.
Xatırladaq ki, Azərbaycan Avropada bu göstərici üzrə lider ölkələr arasındadır, deyə Avropa Şurasının aprelin 8-də dərc edilmiş cinayət statistikasında bildirilir.