Artsax Respublikası Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin verdiyi məlumata görə, 2021-ci il aprelin 5-dən apreın 9-dək “Minalardan Təmizləmə Humanitar Mərkəzi” Fondu Artsaxın Aygestan kəndi ərazisində 6354 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və tamamilə məhv edilib.
Martuni bölgəsində və Martakert şəhərində işlər aparılıb. Nəticədə Martuni bölgəsi ərazisində 161 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və 570 ədəd məhv edilib, Martakert şəhərində isə 10 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və 111 ədəd məhv edilib.
Hazırda işlər Aygestan, Xnatsax, Martakert bölgəsi, Martuni bölgəsinin Karmir Şuka kəndində, Bardaşen və Nngi kəndləri ərazilərində davam edir.
Görülən işlərin nəticəsi olaraq 2020-ci il sentyabrın 27-dən bu günə qədər olan dövrdə respublika ərazisində 558604 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və məhv edilib.
2020-ci il noyabrın 22-dən “Minalardan Təmizləmə Humanitar Mərkəzi” Rusiya Federasiyasının müvafiq mərkəzi ilə minalardan təmizləmə işləri aparır. 2020-ci il dekabrın 7-dən isə həm də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin qrupu ilə birlikdə minalardan təmizləmə işləri aparır.