Lüksemburq Parlamentinin üzvü Fernan Karteyzer Azərbaycanda saxlanılan erməni hərbi əsirlərinin məsələsini qaldırdı. O, onların azad edilməsi üçün addımlar atmağa çağırıb.
Bu barədə məlumatı Ermənistanın Lüksemburqdakı fəxri Konsulluğu yaydı.
“Erməni hərbi əsirlərə verilən işgəncə ilə bağlı videolar sosial şəbəkələrdə hələ də 9 noyabr tarixli atəşkəs bəyanatından əvvəl də yayılırdı. Atəşkəsdən sonra hərbi əsrilərin mübadilə zamanı Ermənistan bütün azərbaycanlı əsirləri qaytarıb. Güman edilir ki, Azərbaycan mülki şəxslər də daxil olmaqla, təxminən 200 nəfəri əsirlikdə saxlayır”,- deyə Partlamentinin üzvü qeyd etdi.
Fernan Karteyzer Lüksemburq parlamentində Azərbaycanın hərbi əsirlərin tam siyahısını təqdim etməsi, götürdüyü öhdəliklərini yerinə yetirməsi, beynəlxalq humanitar hüquqa hörmət etməsi üçün addımları atmağa çağırıb.
Deputat vurğuladı ki, Artsaxda humanitar məsələləri BMT, ATƏT, Avropa Birliyində, Avropa Şurasında qaldırılmalıdır və bu beynəlxalq qurumlarda hərbi əsirlərin azad edilməsini tələb edilməlidir.